İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general Məcid Musəvi bildirib ki, İran münaqişənin başlanğıcından bəri İsrail ərazisinə ən ağır raket hücumu həyata keçirib.
“İşğal olunmuş ərazilərdəki konkret hədəflərə 1 ilə 2 ton arasında çəkidə otuz super ağır ballistik raket atıldı. Bu əməliyyat [İsrail] rejiminin vacib hava müşahidə sistemlərini sıradan çıxardı və məhv etdi. Bu, rejimin ən güclü döyüş hücumu idi. İndi rejimin səmasının başqa bir hissəsi bizim nəzarətimizdədir”, – deyə o, X-də yazıb. (Tass)
