Beyruta “həmrəylik səfəri” ilə gələn BMT-nin baş katibi Antonio Quterreş Livan üçün 308 milyon dollarlıq təcili humanitar yardım kampaniyasının başlandığını elan etdi. O, Baş nazir Nəvaf Salamla görüşdən sonra keçirilən mətbuat konfransında bu vəsaitin müharibənin nəticələrinin aradan qaldırılmasında Livana kömək etmək üçün lazım olduğunu izah edib.
Qlobal təşkilatın rəhbəri vurğulayıb ki, “Sözdə həmrəylik əməldə həmrəyliklə uzlaşmalıdır.” O qeyd edib ki, Livan əhalisinin yeddidə birini təşkil edən 800 mindən çox insan döyüşlər nəticəsində öz yurd-yuvasından didərgin düşüb.
