Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanında yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Digər mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
