Baza Telegram kanalı xəbər verir ki, Həştərxanda metadondan zəhərlənən azı 20 nəfər xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 14-nün vəziyyətinin ağır olduğu, birinin komada olduğu qeyd edilir.
Məlum olub ki, zəhərlənmədən zərərçəkənlər noyabrın 18-nə keçən gecə tibb müəssisəsinə gəlməyə başlayıb.Qəbul edilənlərin hamısının qanında metadon aşkarlanıb.
İki nəfər tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdirilməkdən imtina edib. Qurbanlar arasında bir neçə qız da var.