May 10, 2026-19:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şair Hüseyn Faxralının kitablarının təqdimatı olub

2026:03:16 - 16:03
in MƏDƏNİYYƏT
A A

“Borçalı” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, şair Hüseyn Hüseynovun (Hüseyn Faxralı) “Dağlardan gəlmişəm” və “Borçalıdan gələn var” adlı kitablarının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a “Borçalı” İctimai Birliyindən məlumat verilib.

Birliyin idarə heyətinin sədri, şair-publisist Dəyanət Osmanlı Hüseyn Faxralının Vətənin müdafiəsində hərbçi fəaliyyətindən, habelə poeziya yaradıcılığına xas olan əlamətlərdən danışaraq onun bir vətəndaş-yazar kimi müraciət etdiyi mövzuların ictimai məzmun daşıdığını – vətənpərvərlik, millilik, doğma yurda bağlılıq ruhunda qələmə alındığını vurğulayıb.

Tədbirdə ziyalılar, müharibə veteranları, yazarlar və QHT nümayəndələri Hüseyn Faxralının ictimai, ədəbi fəaliyyətinin əsas cəhətləri haqqında fikirlərini bölüşüblər. Natiqlər onun ictimai, milli-mənəvi məsələlərdə də fəallıq göstərdiyini qeyd edərək, müəllifə ədəbi yaradıcılığında uğurlar arzulayıblar. İstedadlı aşıq Fikrət Borçalı saz havaları üzərində şairin şeirlərindən nümunələr səsləndirib.

Təqdimat mərasimində İctimai Birlik adından Hüseyn Faxralıya “Borçalının vətənpərvər şairi” diplomu təqdim olunub.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına diqqətə, xoş sözlərə görə təşəkkürünü bildirib, yaradıcılıq planlarından bəhs edib.

Əvvəlki Yazı

“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb

Növbəti Yazı

Piyada əleyhinə 129 mina zərərsizləşdirildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.