May 11, 2026-0:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Riyaziyyat müəllimliyi ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

2026:03:16 - 16:43
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Fizika, Coğrafiya və Biologiya fakültələrinin iştirakı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilmiş tədbirlər çərçivəsində ustad dərsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsində Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Finlandiyanın Helsinki Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusunda çıxış edib.

Professor Misir Mərdanov həmin universitetlərdə riyaziyyat müəllimliyi ixtisası üzrə tədris proqramlarını, ayrı-ayrı fənlərə ayrılmış saatları müqayisəli təhlil edib. Qeyd olunan universitetlərdə bu ixtisas üzrə kadr hazırlığının struktur xüsusiyyətləri, məzmunu və tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. O, üç universitetin timsalında riyaziyyat müəllimliyi ixtisasının tədrisinin oxşar və fərqli cəhətləri, qiymətləndirmə problemləri, tədris prosesində nümunə kimi götürülməli məqamlar barədə məlumat verib, “Riyaziyyatın tədrisi metodikası” fənninin fəlsəfəsi, didaktikası, tədris praktikası, etikası və digər məsələlərə aydınlıq gətirib.

Ustad dərsində ölkədə qeyd olunan ixtisas üzrə tədris planları ilə Helsinki Universitetinin tədris planı arasındakı fərqlər də nəzərə çatdırılıb, yekunda Azərbaycan universitetləri üçün real təkliflər təqdim olunub.

Əvvəlki Yazı

Azərbaycanda emal edilməmiş almazların idxal və ixracına yeni qaydalar tətbiq olunacaq

Növbəti Yazı

AYNA: “Brutto müqavilə” sisteminin bu il tətbiqi nəzərdə tutulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.