Mart 19, 2026-8:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“RobotChallenge 2026” beynəlxalq çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

2026:03:18 - 14:30
in İQTİSADİYYAT
A A
Gənclər və İdman Nazirliyinin və “Azercell” şirkətinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə dünyanın ən böyük və nüfuzlu robototexnika yarışlarından biri olan “RobotChallenge 2026” beynəlxalq çempionatının milli mərhələsi keçiriləcək.

“Report” KOBİA-ya istinadən xəbər verir ki, milli mərhələ iyunun 13–14-də Bakı Kristal Zalında təşkil olunacaq. Yarışda iştirak etmək istəyən komandalar www.robotchallenge.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 17 maydır.

“RobotChallenge 2026″nın milli mərhələsinin qalibləri Çində keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Bu, gənclərə qlobal səviyyədə tanınmaq, beynəlxalq təcrübə əldə etmək və dünyanın ən güclü komandaları ilə rəqabət aparmaq üçün fürsət yaradır.

2004-cü ildən etibarən keçirilən “RobotChallenge” 80-dən çox ölkədən minlərlə iştirakçını bir araya gətirən qlobal texnologiya festivalıdır. Yarışma gənclərin yaradıcı potensialının üzə çıxarılması, texniki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin komanda ilə işləmə qabiliyyətlərinin gücləndirilməsini hədəfləyir.

Yarış çərçivəsində iştirakçı komandalar robotlarını sıfırdan dizayn edir, proqramlaşdırır və müxtəlif texniki tapşırıqlar əsasında yarışdırırlar. Bu platforma gənclərə innovativ düşüncə, mühəndislik bacarıqları və texnoloji yaradıcılıq nümayiş etdirmək imkanı yaradır. “RobotChallenge” yalnız bir yarış deyil, eyni zamanda gələcəyin mühəndisləri, ixtiraçıları və texnologiya liderləri üçün mühüm inkişaf mərhələsidir.

Əvvəlki Yazı

Müasir texnologiyalar: təhsildə yeni imkanlar və risklər – Rəy

Növbəti Yazı

Azərbaycanın sülh diplomatiyası sayəsində bölgədə yeni təhlükəsizlik mühiti formalaşır 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.