Mart 19, 2026-1:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Bakıda gənc şairlərin iştirakı ilə Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib

2026:03:18 - 17:56
in GÜNDƏM
A A
Bakıda görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə təşkil edilib.

“Report” xəbər verir ki, tədbir Səməd Vurğunun Ev-muzeyində “Gənc Şairlər” ədəbi layihəsi tərəfindən təşkil olunub.

Muzeyin direktoru Vurğun Vəkilov qonaqları Novruz bayramı münasibətilə təbrik edib və şairin yubileyinin genişmiqyaslı şəkildə qeyd olunmasını diqqətə çatdırıb.

Daha sonra söz “Gənc Şairlər” layihəsinin rəhbəri Lalə Həsənovaya verilib. O vurğulayıb ki, iştirakçılar dörd dildə – Azərbaycan, rus, ingilis və fransız dillərində proqram hazırlayıb, Səməd Vurğunun əsərlərini müxtəlif interpretasiyalarda təqdim ediblər: “Biz şairin yaradıcılığını çoxdilli formatda göstərməyə və onun universallığını ifadə etməyə çalışdıq”.

L.Həsənova muzey rəhbərliyinə layihəyə dəstəyə görə təşəkkürünü bildirib.

Gecə çərçivəsində layihənin gənc iştirakçıları çıxış edərək ədəbi və bədii nömrələr təqdim ediblər.

Proqramın musiqi hissəsini Tofiq Quliyevin “Gölün sahilində” əsəri ilə İradə Hasilovanın və Arif Məlikovun “Prelüdiya”sını ifa edən İmran Şıxiyevin çıxışları bəzəyib.

Gecənin sonunda iştirakçılar təşəkkür sertifikatları, layihənin rəhbəri Lalə Həsənova isə təşəkkürnamə ilə təltif olunub.

 

 

Əvvəlki Yazı

BDU-da “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramı başa çatıb

Növbəti Yazı

İsrail ordusu Livanın cənubundakı yanacaqdoldurma məntəqələri şəbəkəsinə zərbələr endirdiyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.