NATO ölkələri Hörmüz boğazının necə açılacağı ilə bağlı “məsləhətləşmələr” aparırlar. NATO-nun baş katibi Mark Rutte bunu Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazının necə açılacağını kollektiv şəkildə müzakirə edirlər”, – Rutte bildirib.
O, konkret təfərrüatlar verməyib və ya blokdakı ölkələrin münaqişə zonasına gəmi göndərməyə hazır olub-olmadığını deməyib.
