İran Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-İsrail müharibəsində 20 617 iranlı yaralanıb.
Tasnim xəbər agentliyinin açıqladığı statistikaya görə , hazırda 1111 nəfər xəstəxanaya yerləşdirilib, 19506 qurban isə sağalıb və evə buraxılıb.
ABŞ və İsrailin İrana hücumları nəticəsində 227 qadın və 206 azyaşlı həlak olub. 5 yaşdan kiçik 13 uşaq həlak olub, 2 yaşdan kiçik 51 uşaq yaralanıb. 18 yaşdan kiçik itkilərin ümumi sayı 1401 olub.
Səhiyyə Nazirliyi ABŞ və İsrailin İrana hücumları nəticəsində ən azı 18 səhiyyə işçisi həlak olub, 101 tibb işçisi isə yaralanıb.
Otuz altı təcili yardım maşını da dağıdılıb, 37 tibb müəssisəsi, 180 ilkin tibbi yardım məntəqəsi və 47 təcili yardım məntəqəsi zədələnib. Altı xəstəxana təxliyə edilib.
