İyun 28, 2026-10:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda Novruz şənliyi keçirilib

2026:03:19 - 12:02
in MƏDƏNİYYƏT
A A

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin təşilatçılığı ilə paytaxtda “Ruhumuza bahar gəlir” adlı Novruz şənliyi təşkil edilib.

Bu barədə “Report”a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, yerli və xarici vətəndaşlar, həmçinin uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdlərinin qatıldığı şənlik mərasimində xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb. Həmin çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub.

Eyni zamanda tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar iştirak ediblər.

Bundan başqa, populyar incəsənət nümayəndələri ilə yanaşı, rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.

Əvvəlki Yazı

Qarayaxma kampaniyalarına qarşı ən sərt tədbirlər görülməlidir

Növbəti Yazı

Sayca beşinci KOB evi Gəncədə istifadəyə verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.