İyun 28, 2026-17:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Arxeologiya və Antropologiya İnstitutunun könüllüləri mükafatlandırılıb

2026:03:19 - 12:49
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda könüllülük proqramı iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun direktoru dosent Fərhad Quliyev vurğulayıb ki, həyata keçirilən könüllülük proqramı gənclərin Azərbaycan tarixinə və elmə marağının artırılmasına, elmi biliklərinin zənginləşdirilməsinə və peşə yönümü seçiminə xidmət edir. O, həmçinin proqramın gənclərin sosiallaşmasına, kollektiv fəaliyyət bacarıqlarının inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Mərasimin sonunda proqramın “qış fəsli” üzrə iştirakçılarına – Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecini təmsil edən gənclərə sertifikat, təşəkkürnamə və diplomlar təqdim edilib.

Azərbaycan Universitetinin II kurs magistratura tələbəsi Fidan Vahidova çıxış edərək proqramın könüllülərə qazandırdığı bilik və təcrübənin əhəmiyyətindən danışıb, təşkilatçılara və dəstək göstərən qurumlara minnətdarlığını bildirib. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılması, onların gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsi və milli-mədəni irsin təbliği baxımından əhəmiyyət kəsb edir.

Əvvəlki Yazı

Beynəlxalq Kembric Məktəbində “Oğuz elinin Novruzu” 

Növbəti Yazı

Kibertəhlükəsizlik sahəsində kadr hazırlığı: XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.