İyun 29, 2026-14:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU rektoru: Koreya ilə birlikdə reallaşdırılan layihə beynəlxalq əməkdaşlığın mühüm nümunəsidir

2026:03:19 - 16:16
in SOSİAL
A A

Azərbaycan rəqəmsal inkişaf sahəsində bir çox ölkəyə örnək olacaq. BDU və Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yenidən qurulan bu Mərkəz müasir dövrün tələblərinə uyğun olaraq Kompüter Elmləri Mərkəzi adlandırılıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.

O bildirib ki, Koreya ilə birlikdə reallaşdırılan bu layihə beynəlxalq əməkdaşlığın mühüm nümunəsidir: “Mərkəz öz fəaliyyətini kibertəhlükəsizlik, kriptoqrafiya və süni intellekt istiqamətlərində quracaq. Adıçəkilən istiqamətlər üzrə yüksəkixtisaslı kadr hazırlığı dövrün əsas tələblərindəndir. Rəqəmsal İnkişaf Şurasının yaradılması və bu istiqamətdə imkanların genişləndirilməsi ali təhsil müəssisələri qarşısında yüksəksəviyyəli mütəxəssis hazırlığını mühüm məqsəd kimi müəyyən edir. BDU bu sahədə ölkə daxilində müxtəlif dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq barədə danışıqlar aparır, eyni zamanda, layihələr həyata keçirir”.

Rektor diqqətə çatdırıb ki, Azərbaycan dünyaya açıq ölkə kimi innovativ yanaşmalara üstünlük verir və rəqəmsal inkişaf sahəsində öz sözünü demək imkanına malikdir: “Bakı Dövlət Universitetində artıq bu istiqamətdə bir sıra mühüm işlər görülüb. Universitetdə rəqəmsal inkişaf və innovasiyalar üzrə fəaliyyət əlaqələndirilir, İnformasiya Texnologiyaları Mərkəzi fəaliyyət göstərir. Tətbiqi riyaziyyat və kibernetika fakültəsində, eləcə də digər əlaqəli fakültələrdə kadr hazırlığı aparılır. Bununla yanaşı, laboratoriyalarda elmi tədqiqatlar həyata keçirilir, gənc alimlərin yetişdirilməsi istiqamətində işlər görülür”.

Əvvəlki Yazı

Hindistan Xarici İşlər Nazirliyi: Yaxın Şərqdəki enerji obyektlərinə edilən hücumlar dayandırılmalıdır

Növbəti Yazı

Sabah Bakıda yağış yağacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.