May 24, 2026-10:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Səfər Qaraqoyunlu: Çanaqqala və Qarabağ zəfərləri hər birimizin qürur mənbəyidir

2026:03:20 - 14:17
in SOSİAL
A A

İstanbulda Novruz və Ramazan bayramları, eləcə də Çanaqqala Zəfərinin 111-ci ildönümü eyni tədbirlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, İstanbul-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin təşkilatçılığı (İSTAD) və İstanbulun Üsküdar Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbir tarixi Valide Sultan gəmisində İSTAD sədrinin müavini, Türk Mədəniyyət Platformasının rəhbəri, yazıçı Mətin Yıldırımın təqdimatında keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub.

Mərasimdə çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu türk tarixinin iki böyük qələbəsi olan Çanaqqala və Qarabağ zəfərləri barədə danışıb, minnətdarlıq və dərin ehtiramla yad etdiyimiz bu şanlı tarixin hər birimizin qürur mənbəyi olduğunu deyib.

O, bu, iki Zəfəri türk xalqının nələrə qadir olduğunun ən bariz nümunəsi kimi qiymətləndirərək, bunun “Bir millət, iki dövlət” kəlamının təzahürü olduğunu vurğulayıb.

Qaraqoyunlu qonaqları Ramazan və Türk dünyasının ortaq mədəni irsi olan Novruz bayramları münasibətilə təbrik edib.

Milli və mənəvi dəyərlərin güclü şəkildə hiss olunduğu proqramda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev, Üsküdar Bələdiyyəsinin sədr müavini Güllü Saran, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müavini Pərviz Məmmədzadə, Avrasiya Türk Dərnəkləri Federasiyasının sədri İsmail Cengiz və Aşıqlar Otağının qurucusu aşıq Maksut Koca (Fəryadi), eləcə də bir çox qeyri-hökumət təşkilatının rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Proqram çərçivəsində iftar süfrəsi təşkil olunub.

Tədbir Novruz tonqalının yandırılması, dəmir döymə ənənəsinin nümayişi və səməni təqdimatı kimi mərasimlərlə yekunlaşıb.

Əvvəlki Yazı

Azərbaycan və Pakistan liderlərinin telefon danışığı olub

Növbəti Yazı

Respublika üzrə uşaqlar üçün bayram tədbirləri təşkil olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.