İranın Tasnim xəbər agentliyi mənbəyə istinadən bildirib ki , İran ABŞ ilə münaqişəyə son qoymaq üçün danışıqlar aparmayıb və aparmır.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İran infrastrukturuna zərbələri dayandırıb, çünki “İrandan gələn hərbi təhdidlər daha inandırıcı hala gəlib”.
Ağ Ev rəhbəri daha əvvəl bildirmişdi ki, Vaşinqton və Tehran son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymaq üçün “yaxşı və məhsuldar” danışıqlar aparıblar. Amerika lideri Pentaqona həftə ərzində məsləhətləşmələr davam edərkən İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırdığını bildirib.
