ABŞ hazırda İran nümayəndələri ilə telefon vasitəsilə əlaqə saxlayır, lakin Vaşinqton tezliklə İslam Respublikasının hakimiyyəti ilə şəxsən görüş keçirməyi gözləyir. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
“Yəqin ki, bu gün, yəqin ki, telefonla əlaqə saxlayacağıq, çünki (görüş keçirmək üçün) ölkə tapmaq olduqca çətindir və onları [ölkəni] tərk etməyə inandırmaq çox çətindir. Lakin, nə vaxtsa, çox tezliklə görüşəcəyik”, – deyə o, Tennessi ştatına işgüzar səfərə getməzdən əvvəl Vest Palm Biç hava limanında (Florida) jurnalistlərlə söhbətində bildirib.
