ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, bu ilin yanvar ayında ABŞ-ın hərbi əməliyyatından bəri Venesuelada neft hasilatı 20% artıb.
“Amerikanın müdaxiləsindən bir az əvvəl Venesuela gündə 1 milyon bareldən bir az az neft istehsal edirdi və bu gün Venesuela gündə 1,2 milyon barelə yaxın neft istehsal edir. Beləliklə, bu, cəmi üç ayda 20% artım deməkdir”, – deyə o, CNBC-yə verdiyi müsahibədə bildirib.
3 yanvarda Vaşinqton Karakasda hərbi əməliyyat elan etdi və nəticədə Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ qüvvələri tərəfindən əsir götürüldü. 5 yanvarda onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə çıxış etdilər. Onlar narkotik qaçaqmalçılığında ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildirdilər. Maduronun icraçı vitse-prezidenti vəzifəsində çalışmış Delsi Rodriges Venesuelada dövlət başçısı vəzifəsini müvəqqəti olaraq yerinə yetirir. ABŞ administrasiyası iddia edirdi ki, ABŞ Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcək. (Tass)
