Reuters agentliyinin verdiyi məlumata görə, Britaniya polisi şübhəli İran kəşfiyyat agentlərini saxladıqdan sonra İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
İki İran vətəndaşı, Nemətullah Şahsəvani və Əlirza Fərasəti martın əvvəlində Böyük Britaniyada həbs ediliblər. Ötən həftə onlar Vestminster Magistrat Məhkəməsində Milli Təhlükəsizlik Qanununu pozmaqda ittiham olunublar. Skotland Yard bildirib ki, təqsirləndirilən şəxslər İran kəşfiyyat xidmətlərinin göstərişi ilə Londondakı İsrail səfirliyinin işçilərini, Böyük Britaniyanın ən qədim sinaqoqunun üzvlərini və müxtəlif yəhudi təşkilatlarının üzvlərini izləməklə məşğul olublar. (Tass)
