İran region ölkələri ilə birlikdə Fars körfəzində naviqasiya təhlükəsizliyini digər dövlətlərin müdaxiləsi olmadan təmin etməyə qadirdir. Bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahından bildiriblər.
Baş Qərargahın açıqlamasında bildirilir ki, “İranın ordusu rəqiblərindən üstün olduğundan, regional dövlətlərlə əməkdaşlıq edərək Fars körfəzinin təhlükəsizliyini təmin etməyə qadirdir.” Orada vurğulanıb ki, “regiondan kənar ölkələrin bu sahəyə müdaxilə etmək hüququ yoxdur”.
İran Silahlı Qüvvələrinin məlumatına görə, İslam Respublikası “Fars körfəzi və Omanın ərazi sularında tam üstünlüyə malikdir və Hörmüz boğazına effektiv şəkildə nəzarət edir”. Buna görə də, İran Ordusunun Baş Qərargahı əlavə edib ki, “Fars körfəzində mina qoymağa ehtiyac qalmayacaq və İran bölgədə lazımi təhlükəsizliyi təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək”.
