İran və ABŞ arasındakı münaqişənin həlli ilə bağlı hər hansı potensial razılaşma Fars körfəzinin ərəb dövlətlərinin milli maraqlarını nəzərə almalıdır. Bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
O, jurnalistlər üçün keçirilən brifinqdə vurğulayıb ki, “bu müharibənin istənilən həlli, nəticədə əldə edilən istənilən razılaşma münaqişədən təsirlənən ölkələrin milli maraqlarını nəzərə almalıdır”. Diplomat əlavə edib ki, Fars körfəzi dövlətləri və münaqişəyə cəlb olunmuş ölkələr yeni təhlükəsizlik sisteminin formalaşmasında iştirak etməlidirlər, çünki mövcud təhlükə qonşu dövlətlərin iqtisadiyyatına və əhalisinə təsir göstərir və vahid mövqenin inkişaf etdirilməsini tələb edir.
