ABŞ İrana qarşı müharibə aparmır, hərbi əməliyyat aparır. Prezident Donald Tramp bildirib ki, müharibə elan edilməsi üçün ABŞ Konqresinin razılığı tələb olunacaq.
“[Mənə] deyirlər ki, əgər ‘müharibə’ sözünü işlətsən, bəlkə də bu yaxşı bir şey deyil. Onlar ‘müharibə’ sözünü bəyənmirlər, çünki bu, təsdiq almağın lazım olduğunu göstərir”, – deyə Amerika lideri Vaşinqtonda Respublikaçılar Partiyasının ianə toplama tədbirində çıxış edərkən bildirib. Veriliş C-Span televiziya kanalı tərəfindən yayımlanıb.
Prezident əlavə edib ki, “müharibə” əvəzinə “hərbi əməliyyat” ifadəsini işlədəcək. Amerika lideri əvvəllər Demokrat Partiyasının üzvlərinin münaqişəni müharibə adlandırdıqlarını qeyd etmişdi. O, özü mövcud vəziyyəti “[ABŞ-ı] müharibədən xilas edəcək bir ekskursiya” kimi təsvir etmişdi.
