Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 2025-ci ildə 120-dən çox hərbi təlim keçirib. Bu barədə NATO-nun baş katibi Mark Ruttenin blokun fəaliyyəti və 2025-ci ildə qlobal təhlükəsizlik vəziyyəti haqqında dərc olunmuş hesabatında bildirilib.
Sənəddə deyilir: “2025-ci ildə NATO Alyansın himayəsi altında 120-dən çox təlim keçirib ki, bunlardan 20-dən çoxu tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların iştirakı və ya müşahidəsi üçün açıq olub. Müttəfiqlər milli səviyyədə 700-dən çox təlim keçiriblər ki, bunların da çoxunda digər üzv ölkələrin qoşunları iştirak edib”.
