Gəncədə yenyetməni avtomobil vurub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Z. Məmmədzadəni maşın vurub və ərazidən uzaqlaşıb. Yeniyetmə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
