“The Wall Street Journal qəzeti mənbələrə istinadən xəbər verir ki, İran hakimiyyəti ABŞ-dan İslam Respublikasının enerji infrastrukturuna hücumları 10 gün müddətinə dayandırmağı xahiş etməyib.
Onların məlumatına görə, İranın yüksək vəzifəli rəsmiləri vasitəçiləri ABŞ ilə sülh danışıqlarında maraqlı olduqları barədə məlumatlandırıblar, lakin ölkə rəhbərliyi hələlik yekun qərar verməyib. Qeyd olunur ki, İran rəsmiləri həmçinin ABŞ-dan ilk görüşü keçirməzdən əvvəl Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik planını azaltmağı tələb ediblər.
WSJ vurğulayıb ki, İran tərəfi danışıqlarda raket proqramının müzakirəsi ehtimalını da istisna edib və uranın zənginləşdirilməsindən imtina etmək istəmədiyini açıqlayıb.
