İyun 29, 2026-16:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək

2026:03:27 - 13:39
in İQTİSADİYYAT
A A
Astana şəhərində keçiriləcək Regional Ekoloji Zirvə Görüşü çərçivəsində, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək.

Qazaxıstan səfirliyindən APA-ya verilən xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayelin Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycanın Qazaxıstan Prezidentinin beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəklədyi vurğulanıb.

Həmsöhbətlər ekoloji gündəlik, Xəzər dənizinin ekosisteminin qorunması, qarşıdan gələn birgə tədbirlərə hazırlıq və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşəbbüslərə qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Alim Bayel bir daha Azərbaycan tərəfini 22–24 aprel 2026-cı il tarixlərində Astana şəhərində keçiriləcək Regional Ekoloji Zirvə Görüşünün işində fəal iştirak etməyə dəvət edib. Zirvə Görüşü çərçivəsində Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək. Tərəflər görüşün Xəzər dənizinin akvatoriyasında vahid regional ekoloji təhlükəsizlik sisteminin yaradılması yolunda mühüm addım olacağına ümid etdiklərini bildiriblər.

Səfir A. Bayel həmçinin həmsöhbətinə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin BMT sistemi çərçivəsində tamhüquqlu su təşkilatının yaradılması təşəbbüsü barədə məlumat verib. M. Babayev, Azərbaycan Respublikasının Qazaxıstan liderinin bu təşəbbüsünü tam şəkildə dəstək verəcəyini və bunu qlobal iqlim çağırışları şəraitində su ehtiyatlarının idarə olunması sahəsində yığılıb qalmış problemlər kontekstində son dərəcə aktual hesab etdiyini bildirib. Azərbaycan Prezidentinin Nümayəndəsinin sözlərinə görə, bu gün su problemlərinin təkcə ekoloji xarakter daşımadığı, həm də təhlükəsizlik və iqtisadiyyat məsələlərinə birbaşa təsir etdiyi üçün bu təşkilatın yaradılması çox vaxtında atılan addım olar.

M. Babayev, Astana və Bakının ətraf mühitin mühafizəsi və iqlim məsələlərində səylərinin sinerjisi yalnız iki ölkənin milli maraqlarına cavab vermədiyini, həm də bütövlükdə Xəzər regionunun davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Ümumilikdə, həmsöhbətlər Qazaxıstan–Azərbaycan münasibətlərinin inkişaf dinamikasını yüksək qiymətləndirib, həmçinin ekologiya sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsində qarşılıqlı marağını təsdiqləyiblər.

Əvvəlki Yazı

BDU-da “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

Növbəti Yazı

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.