İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivandın sözlərinə görə, ABŞ və İsrailin hava hücumları və bombardmanları nəticəsində İranda 92 mindən çox mülki tikili, o cümlədən ən azı 71 min yaşayış binası zərər görüb.
“Təəssüf ki, bu günə qədər hücumlar nəticəsində 92.662 mülki obyektə ziyan dəyib ki, bunlardan 71.256-sı yaşayış binalarıdır”, – deyə o, dövlət televiziyasında bildirib. Kolivand qeyd edib ki, 20.000-dən çox ticarət obyekti, 290 tibb müəssisəsi və 17 Qızıl Aypara mərkəzi də zərər görüb.
