İyun 28, 2026-9:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

“Mən – insanın öz düşüncəsindəki həqiqi obrazıdır…” – Soltan Yol

2026:03:27 - 17:58
in Din və fəlsəfə
A A

Azərbaycan rəngkarlıq, qrafika və karikatura sənətinin tanınmış nümayəndələrindən olan Soltan Soltanlı (Soltan Yol) həm də fəlsəfi düşüncə sahibidir.

Soltan Yolun həm rəssam həm də filosof kimi dərin düşüncələrindən süzülüb gələn mesajın mənbəyi birdir, özüdür. Amma fərqli yaradıcılıq istiqamətləri olduğu üçün hər dəfə bu çuğlaşan iki sənətə ayrılıqda baxmalı oluruq.

Qeyd edək ki, fəlsəfi fikirlərindən kiçik bir hissəni Ritorika.az-a təqdim edən filosof Ağsu rayonunun Kalva kəndində anadan olub və 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun yaradıcılığına aid “Soltan gülür” (1999), “Soltanın cizgiləri” (2000), “Karikaturalar” (2002), “İrrealizm” (2018) və “Anlam” (2024) adlı kataloqlar nəşr edilib.

Beynəlxalq miqyasda fəallığı ilə seçilən rəssamın fərdi sərgiləri Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, M.F.Axundov adına Milli Kitabxanada, həmçinin 2004-cü ildə İranın Təbriz və Ərdəbil şəhərlərində, eləcə də 2023-cü ildə Müasir İncəsənət Muzeyində təşkil olunub. Onun əsərləri dünyanın 50-dən çox ölkəsində muzeylərdə və şəxsi kolleksiyalarda qorunur, yüzlərlə beynəlxalq sərgi, festival və müsabiqənin kataloqunda yer alıb.

Soltan Yol fəlsəfəsi:

MƏN – ÖZ – FƏRD

Mən – öz, fərddir, mənlik isə – özümlük, fərdiyyətdir.

*

Həqiqi mən – özümüzün həqiqi obrazımızdır.

Yalançı mən – özümüzün yalançı obrazımızdır.

*

Özümüzdə olanda – həqiqi məndə oluruq.

Özünüzdə olmayanda, özümüzdən ayrılanda – yalançı məndə oluruq.

*

Həqiqi mən – mütləq özündəlik və ayıq olmaqdır.

Yalançı mən – özündən ayrılmaq və yuxulu olmaqdır.

*

Özünü tapmaq – məninə, fərdiliyinə inamı tapmaqdır.

Özünü itirmək – məninə, fərdiliyinə inamı itirməkdir.

*

Adam əslində mənsizdir – çünki həmişə özündən ayrılmış durumdadır.

*

Özündə olmaq bir an da olsun özündən ayrılmamaqdır.

*

Bütün faciələr, suç və yanlışlar adamın özündən ayrıldığı məqamlarda baş verir.

*

Həqiqi mən – hadisədən, gerçəklikdən, zamandan, mühitdən, şəraitdən üstün olmaqdır.

*

Yalançı mən – hadisəyə, gerçəkliyə, zamana, mühitə, şəraitə bərabər olmaqdır, pərçimlənməkdir.

*

Mütləq mən – mütləq sakitlik, həyəcansızlıqdır, mütləq özündə olmaqdır.

*

Mütləq mən – özümüzə hakimliyimiz, ali şüurumuz, nəzarətçi mənimizdir.

*

Mütləq mən –  inamımız, idrakımız, mənəviyyatımız və iradəmizdir.

*

Mən – insanın öz düşüncəsindəki həqiqi obrazıdır.

Bu obraz nə qədər həqiqidirsə, insan öz duyğu, düşüncə və davranışlarının sahibidir.

 

Əvvəlki Yazı

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Növbəti Yazı

Azərbaycan NAS strategiyası vasitəsilə regional aviasiya qovşağı mövqelərini möhkəmləndirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.