İspaniya hökuməti Ukraynaya beş Patriot raketi təhvil vermək qərarına gəlib. Bu barədə “El Pais” qəzeti İspaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, söhbət İspaniya Ordusunun Dəniz Piyadalarında (Valensiya) yerləşən zenit-artilleriya alayının xidmətində olan PAC-2 raketlərindən gedir. Nəşr qeyd edir ki, bu raketlər ən qabaqcıl olmasa da, İspaniya Müdafiə Nazirliyinin onları PAC-3 versiyasına yüksəltmək proqramı olduğundan, onların qiyməti təxminən 3-4 milyon dollardır.
Bu, Madridin Kiyevə Patriot raketləri bağışladığı ilk hal deyil. 2024-cü ildə İspaniya iki raket göndərib, lakin raketlərin sayı dəqiqləşdirilməyib.
