Hərbi planlaşdırıcılar Hörmüz boğazında sərbəst naviqasiyanın yalnız güc tətbiqi ilə bərpa edilməsi ehtimalına şübhə ilə yanaşırlar. Bu fikri Britaniyanın “Financial Times” (FT) qəzetinin siyasi şərhçisi Gideon Rahman İran sahillərində gəmiçiliklə bağlı kəskin problemin həlli üçün ssenariləri açıqlayarkən bildirib.
Məqalədə deyilir ki, “Hərbi planlaşdırıcılar boğazın yalnız hərbi yolla yenidən açılması şanslarına son dərəcə pessimist yanaşırlar”. Rəhmanın sözlərinə görə, Fars körfəzini Oman körfəzi ilə və daha sonra Hind okeanı ilə birləşdirən boğazın yeri, eləcə də Tehranın əlində olan silah səviyyəsi İran qüvvələrinə hətta hərbi müşayiətlə belə gəmilərə hücum etməyə imkan verəcək.
Müşahidəçi hesab edir ki, bu baxımdan yeganə real ssenari danışıqlar yolu ilə əldə edilən razılaşmadır. Lakin Rəhman qeyd edib ki, İran belə bir razılaşmaya çox sərt şərtlər qoyacaq, o cümlədən boğazdan keçid üçün rüsum tələb edəcək. Bu, İslam Respublikasının “qonşularını dəhşətə gətirir”, lakin müşahidəçi Asiya və hətta Avropa ölkələrinin bunu mümkün bir seçim kimi qəbul edəcəyi ehtimalını da istisna etmir. (Tass)
