Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi Koreya-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün təməl daşına çevrilib. Bu barədə Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hui TASS-ın baş direktoru Andrey Kondraşovla görüşündə bildirib.
Koreya xarici işlər naziri bildirib ki, “19 iyun 2024-cü ildə sədr Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi Koreya-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün təməl daşına çevrilib. İki dövlət başçısının strateji liderliyi sayəsində Rusiya-Koreya münasibətləri bütün sahələrdə inkişaf edir”.
Andrey Kondraşovun rəhbərlik etdiyi TASS nümayəndə heyəti Koreya Mərkəzi Xəbər Agentliyinin dəvəti ilə KXDR-də səfərdədir.
