İran Nazirlər Kabineti dövlət xidmətlərində fasilələrə yol verməyəcək. Bu barədə prezident Məsud Pezeşkyan bildirib.
O, X-də yazıb: “Hökumət xalqa xidmət etməyə tam sadiqdir və xidmət göstərilməsində heç bir fasiləyə yol verməyəcək. Birlikdə, milli həmrəylikdə bu qəddar işğala qarşı dururuq”, – deyə prezident əlavə edib.
O, həmçinin bildirib ki, son kabinet iclasında “silahlı qüvvələrin səylərini yüksək qiymətləndirib və İranın cəsur və çalışqan xalqına minnətdarlığını bildirib”. (Tass)
