İran prezidenti İbrahim Rəisi İsraili Qəzza zolağında beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham edib və BRİKS ölkələrini bu cür faktları ortaya çıxarmaq üçün “beynəlxalq missiya” yaratmağa çağırıb.
“Görünməmiş cinayətlər və ağ fosforlu sursat kimi qadağan olunmuş silahların istifadəsi səbəbindən BRİKS üzvləri bu cinayətləri dərhal araşdırmaq üçün xüsusi beynəlxalq missiya yaratmalıdırlar və nəticələri sonradan ictimaiyyətə açıqlanmalıdır” deyə , BRİKS-in Yaxın Şərq üzrə fövqəladə onlayn sammitində çıxış edib. (Tass)