Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Xarici İşlər Nazirliyi və respublikanın milli kəşfiyyat təşkilatı Fələstinin HƏMAS radikal hərəkatı ilə İsrail arasında girovların mübadiləsinin təşkili üçün Qətərlə birgə intensiv işi davam etdirir.
“Girovların dəyişdirilməsi məsələsinə gəlincə, Xarici İşlər Nazirliyi və ölkəmizin milli kəşfiyyatı Qətərlə əməkdaşlığı davam etdirir. Biz bu məsələdə ən qısa zamanda nəticə əldə etmək istəyirik”, – o, TRT kanalında yayımlanan mətbuat konfransında deyib. (Tass)