Bu ilin fevral ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 884 min 795 nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 477 min 514 nəfərini aylıq sosial müavinət, 407 min 281 nəfərini isə təqaüd alanlar təşkil edib.
