İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib ki, İranın strategiyası İsrail və ABŞ silahlı qüvvələrini mümkün qədər tükətməkdir.
ISNA xəbər agentliyi bəyanatdan sitat gətirib: “İranın hücum taktikasındakı dəyişikliyi və yeni raket sistemlərindən istifadə etməsi, müqavimət qüvvələrinin döyüş cəbhəsinin məntiqi və məqsədyönlü şəkildə genişləndirilməsi ilə yanaşı, döyüş meydanında keyfiyyət və strateji dəyişikliklər vəd edir. Uzunmüddətli perspektivdə biz son döyüş və müsəlmanların işğal olunmuş Qüdsə doğru irəliləməsi üçün yol açmaq məqsədilə sionist rejimi və ABŞ ordusunu tükəndirməyə çalışırıq”. (Tass)
