İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eşaqi ABŞ-İsrail hava hücumu nəticəsində həlak olub. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri general-mayor Əhməd Vəhidi məlumat verib.
“Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eşaqinin və onun bir neçə ailə üzvünün Amerika-sionist cinayətkarlarının terror hücumu nəticəsində şəhid olması münasibətilə təbrik edir və başsağlığı verirəm”, – deyə Tasnim xəbər agentliyi onun bəyanatının mətnindən sitat gətirir. (Tass)
