İyul 7, 2026-6:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İstifadə müddəti bitmiş dərmanların yeni tətbiq sahələri araşdırılıb

2026:04:01 - 15:22
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Amil Əliqayevin həmmüəllifi olduğu məqalə “Scopus” bazasında indekslənən Q1 kateqoriyalı “Journal of Electroanalytical Chemistry”də dərc edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Turş mühitdə aşağıkarbonlu polad üçün yaşıl korroziya inhibitoru kimi antidiyabetik dərmanın birləşdirilmiş eksperimental və nəzəri tədqiqi” adlı elmi məqalədə aşağı karbonlu poladın turş mühitdə paslanmadan qorunması üçün istifadə müddəti bitmiş metforminin nə dərəcədə effektiv olduğu həm təcrübələr, həm də nəzəri üsullarla araşdırılıb.

Tədqiqat zamanı çəki itkisi ölçmələri, elektrokimyəvi üsullar, skan edən elektron mikroskop (SEM) və rəqəmsal görüntü analizindən (MIPAR proqramı ilə) istifadə olunub. Bu üsullarla 100-600 ppm aralığında metforminin təsiri qiymətləndirilib. Nəticələr göstərib ki, 400 ppm konsentrasiyada metformin ən yaxşı nəticə verir və paslanmanın qarşısını təxminən 84.9-89.4 faiz aralığında alır. Səth analizi də göstərib ki, bu halda səthin 92.8 faizi zədələnmədən qalır.

Elektrokimyəvi analizlər göstərib ki, metformin həm anod, həm də katod reaksiyalarını zəiflədir, yəni qarışıq tip inhibitor kimi işləyir. Kvant-kimyəvi hesablamalar isə bu təsirin metforminin azot atomlarının elektronları vasitəsilə metal səthinə bağlanması ilə izah olunduğunu göstərib.

Ümumilikdə, nəticələr göstərir ki, istifadə müddəti bitmiş dərmanlar ekoloji cəhətdən təhlükəsiz korroziya inhibitoru kimi istifadə oluna bilər. Bu yanaşma həm yaşıl kimya, həm də resursların təkrar istifadəsini təşviq edən dairəvi iqtisadiyyat baxımından perspektivlidir.

 

Əvvəlki Yazı

Suqovuşanda mina partladı – Xəsarət alan var

Növbəti Yazı

Ekspert: Azərbaycanda ali təhsil alan tələbə sayı ölkə əhalisinin 2.4 faizini təşkil edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.