İyul 7, 2026-8:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda kibertəhlükəsizlik idarəçiliyi mərkəzləşdirilir

2026:04:01 - 18:05
in İQTİSADİYYAT
A A

Azərbaycanda kibertəhlükəsizlik sahəsində idarəçilik modelinin daha sistemli və koordinasiyalı mərhələyə keçidi təmin olunur.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Texniki Universitetinin Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli deyib. O bildirib ki, bu il fevralın 11-də İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət qurumları arasında sıx koordinasiyanın gücləndirilməsi, pərakəndəliyin aradan qaldırılması, vahid tədbirlər planının hazırlanması, eləcə də hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul rəhbər şəxslərin müəyyən edilməsi kimi mühüm tapşırıqlar verilib.

İnstitunun rəhbəri qeyd edib ki, dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdə cəmləşdirilməsi, mövcud rəqəmsal həllərin koordinasiya olunmuş modelə keçirilməsi və kadr hazırlığının gücləndirilməsi bu keçidin planlı və idarə olunan xarakter daşıdığını göstərir.

R.Ələkbərli vurğulayıb ki, müasir dövrdə kiberrisklərin əsas mənbəyi texnologiyanın özündən çox, idarəetmə boşluqları ilə bağlıdır: “Riskin və cavabdehliyin dəqiq müəyyən edilməməsi ən güclü texnoloji sistemləri belə zəif hala gətirə bilər. Buna görə kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, idarəçilik, audit, uyğunluq və strateji planlaşdırma məsələsidir”.

Direktor əlavə edib ki, Azərbaycan son illərdə kibertəhlükəsizlik sahəsində kollaborativ idarəetmə modelinə keçid edir. Bu model qurumlararası əlaqələndirmə, vahid prioritetlərin müəyyənləşdirilməsi və siyasi səviyyədə məsuliyyətin artırılması kimi elementlərə əsaslanır.

“Qarşıdakı dövrdə əsas çağırış kibertəhlükəsizliyin strateji səviyyədə qurulmasıdır. Elektron sübutların qorunması, beynəlxalq əməkdaşlıq mexanizmləri, rəqəmsal forensika imkanları, kritik infrastrukturlar üzrə risk əsaslı nəzarət və süni intellekt həllərində audit mexanizmləri vahid sistem şəklində inkişaf etdirilməlidir”, – deyə ekspert vurğulayıb.

R.Ələkbərli qeyd edib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar ölkənin artıq yalnız müdafiə olunan tərəf deyil, həm də qayda formalaşdıran və modeli inkişaf etdirən aktor kimi çıxış etdiyini göstərir.

Ekspertin fikrincə, 2009-cu ildən formalaşan hüquqi baza, genişlənən beynəlxalq öhdəliklər və yeni rəqəmsal arxitektura üzrə verilən tapşırıqlar kibertəhlükəsizlik idarəçiliyinin daha mərkəzləşdirilmiş və strateji xarakter alacağını göstərir. “Rəqəmsal dövrdə güc təkcə texnologiyaya sahib olmaqla deyil, onu təhlükəsiz və effektiv idarə etmək bacarığı ilə müəyyən olunur”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

Aprel döyüşləri Azərbaycanın sarsılmaz iradəsini bir daha bütün dünyaya nümayiş etdirib

Növbəti Yazı

İran Xarici İşlər Nazirliyi: Xameneinin səhhəti yaxşıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.