Malta bayrağı altında üzən Safeen Prestige konteyner gəmisi Hörmüz boğazında batıb. Bölgədəki dəniz nəqliyyatı operatorları TASS-ın əldə etdiyi məlumata görə, gəminin batması barədə bildiriş yayıblar.
Reuters agentliyinin məlumatına görə , eyni gəmi 4 mart 2026-cı ildə su xəttinin bir az yuxarısında naməlum mərmi ilə vurulduğunu və bunun mühərrik otağında yanğına səbəb olduğunu bildirmişdi.
“Safeen Prestige konteyner gəmisi Ras Mahroukdan təxminən 6,5 dəniz mili şimal-şərqdə batıb. Səthdə neft dağılmalarının izləri var. Dənizçilərdən ehtiyatlı olmaları xahiş olunur”, – deyə operatorlar bildiriblər.
