ABŞ prezidenti Donald Trampın böyük oğulları tərəfindən dəstəklənən Powerus dron şirkəti, İran hücumlarına qarşı müdafiəsini gücləndirməyə çalışan BƏƏ-yə silah satışı ilə bağlı Əbu-Dabi rəsmiləri ilə danışıqlar aparıb. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Vest Palm Biçdə yerləşən Powerus, müharibə səbəbindən artan tələbat fonunda Körfəz ölkələrinə müdafiə sistemləri təklif edən bir neçə şirkətdən biridir. Bloomberg qeyd edir ki, Powerus ilə danışıqlar hələlik razılaşma əldə etməyib. (Tass)
