Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevan və Bakı arasında sülhün bərqərar olmasına verdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
“Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub. Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini tanıyıblar. Bu o deməkdir ki, biz müstəqil Ermənistanın Sovet Ermənistanı ilə 100%, müstəqil Azərbaycanın isə Sovet Azərbaycanı ilə 100% eyni olduğunu qarşılıqlı şəkildə qəbul etmişik. Hesab edirəm ki, bu, sülhün daha da inkişafı üçün çox güclü təməldir. Əlbəttə ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması prosesində həmişə hiss etdiyim dəstəyə görə sizə bir daha təşəkkür etmək istəyirəm”, – Baş nazir bildirib. (Tass)
