İyul 7, 2026-14:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan neft bazarında stabil qiymətlərdə və volatilliyin olmamasında maraqlı ölkədir

2026:04:02 - 13:39
in İQTİSADİYYAT
A A

Azərbaycan neft bazarında stabil qiymətlərdə və volatilliyin olmamasında maraqlı ölkədir. Dövlətimizin başçısı da qeyd etmişdir ki stabil qiymətlər Azərbaycanın iqtisadi maraqlarına daha uyğundur. Hörmüz boğazındakı çətinliklər, xüsusən enerji məhsullarının daşınması ilə bağlı müşahidə edilən problemlər neftin dünya bazarında qiymətinə təsir göstərməkdədir. Bu da təbii ki, Azərbaycana daxil olan valyutanın həcminə və enerji ixracının dəyərinin artmasına gətirib çıxarıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, “Brent” markalı neftin bir barelinin qiyməti yanvarda təxminən 63 dollar, fevralda isə 67 dollar olub.

“Bu, ondan xəbər verir ki, əslində İran müharibəsi başlayanadək dünya bazarında neftin qiyməti Azərbaycanın dövlət büdcəsindəki nəzərdə tutulan qiymətə (65 dollar) yaxın olub. Amma sözsüz ki, İran müharibəsi neftin dünya bazarındakı qiymətində kəskin artımlara səbəb olub. Bu il Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transfertləridir, digər 3,6 milyard manat isə birbaşa neft sektorundan büdcəyə daxilolmalardır. Bu isə ondan xəbər verir ki, neftin dünya bazarında qiymətindəki artımlar bir tərəfdən Dövlət Neft Fondunun gəlirlərinin və Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxaracaq, digər tərəfdən isə neft-qaz sektorundan büdcəyə daxil olan vəsaitlərin həcmini artıracaq. Bu da fiskal gəlirlərimizin atması baxımından vacibdir. O baxımdan, yüksək qiymətlər ixrac dəyərini artırmaqla ölkəyə daha çox valyutanın daxil olmasına, tədiyə balansındakı müsbət saldonun möhkəmlənməsinə, eyni zamanda, Dövlət Neft Fondunun gəlirlərinin artması hesabına valyuta ehtiyatlarının çoxalmasına gətirib çıxaracaq”, – deyə Vüqar Bayramov vurğulayıb.

Əvvəlki Yazı

Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq

Növbəti Yazı

Aprel döyüşləri: Böyük Zəfərin baş məşqi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.