İyun 22, 2025-23:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib

2023:11:22 - 11:46
in İQTİSADİYYAT
A A

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın icrası ilə bağlı xüsusi iclası keçirilib.

Bu barədə “Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, iclasda Komissiya sədri, Dövlət Xidmətinin rəisi İlqar Musayev ölkə Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş Strategiya haqqında məlumat verib, qeyd edib ki, sənəd ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə təsdiq edilib.

Daha sonra Komissiyanın gündəliyinə daxil olan məsələlərinin müzakirələrinə başlanıb. Gündəliyə uyğun olaraq Strategiyanın icrasının səmərəli təşkili məqsədilə Tədbirlər Planının yerinə yetirilməsinə məsul olan qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması ətrafında müzakirələr aparılıb. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqi və qiymətləndirilməsinin təmin edilməsi ilə bağlı təkliflər və mexanizmlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirələr zamanı Strategiyanın əhatə dairəsinin genişliyi nəzərə alınaraq, görülən işlərin vahid bazada toplanılması, eyni zamanda işçi qrupların fəaliyyətinin əlaqələndirilməsi və nəticələrin qiymətləndirməsi üzrə informasiya ehtiyatının – portalın yaradılması qərara alınıb.

Gündəliyinə daxil olan məsələlərlə əlaqədar komissiya üzvləri – daxili işlər nazirinin müavini İsmət Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov rəy və təkliflərlə çıxış ediblər. Müzakirələrdən sonra Komissiya üzvləri gündəlikdə olan məsələlər ilə bağlı müvafiq qərarlar qəbul edib.

Sonda Komissiya sədri müzakirə olunan məsələlərin protokollaşdırılmasının, zəruri tədbirlərin görülməsinin, birgə layihələrin hazırlanmasının vacibliyini bildirib.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Növbəti Yazı

Meşə fondu torpaqlarında 430 mindən artıq ağac əkilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.