BMT Təhlükəsizlik Şurası aprelin 3-də Bəhreyn tərəfindən təqdim edilən Hörmüz boğazında naviqasiya təhlükəsizliyi ilə bağlı qətnamə layihəsinə səs verə bilər. Bu barədə Bəhreyn xarici işlər naziri Əbdül Lətif bin Rəşid əl-Zəyani bildirib.
“Bəhreyn Krallığı İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi nəzarətdə saxlamaq üçün qanunsuz və əsassız cəhdləri ilə bağlı qətnamə layihəsi təqdim edib. Bu hərəkətlərə qəti cavab veriləcəyinə ümid edirik, çünki onlar məsuliyyətsiz və qanunsuzdur və dünya xalqlarının maraqlarına təhlükə yaradır. Şuranın sabah qətnamə layihəsinə səs verərkən vahid mövqe tutmasını səbirsizliklə gözləyirik”, – deyə o bildirib. (Tass)
