ABŞ və İsrailin İrana qarşı əməliyyatına baxmayaraq, Amerikanın Ukraynaya silah tədarükü davam edir. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski TVN24- də bildirib.
Sikorski qeyd edib ki, “İndiyə qədər Amerikanın Ukraynaya dəstəyi azalmayıb”. Lakin diplomat vəziyyətin dəyişə biləcəyinə işarə edib. “Lakin, əlbəttə ki, hər kəs nə qədər Tomahawk və ya [Patriot] PAC-3 raketinin istifadə olunduğunu hesablayır”, – deyə o bildirib.
