May 12, 2026-12:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ekspert: Azərbaycanda mina təhlükəsi ilə bağlı maarifləndirmə genişmiqyaslı xarakter alıb

2026:04:03 - 17:04
in SİYASƏT
A A

Azərbaycanda mina təhlükəsi ilə bağlı maarifləndirmə son illərdə daha sistemli və genişmiqyaslı xarakter alıb. Bu sahədə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin fəallığı nəticəsində əhali arasında məlumatlılıq səviyyəsi xeyli yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli QHT-lərin mina təhlükəsi mövzusunda keçirdiyi ictimai dinləmdə deyib.

O qeyd edib ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə mina riski yüksək olduğundan, bu mövzu ictimai təhlükəsizlik baxımından prioritet istiqamətlərdən birinə çevrilib.

“Bu kontekstdə qeyri-hökumət təşkilatlarının (QHT-lərin) rolu xüsusilə diqqətəlayiqdir. Onlar müxtəlif təlimlər, seminarlar, maarifləndirici kampaniyalar və sosial layihələr vasitəsilə əhalini mina təhlükəsi barədə məlumatlandırırlar. Məktəblərdə keçirilən təlimlər, uşaqlar üçün hazırlanmış vizual materiallar və interaktiv proqramlar bu sahədə effektiv vasitələrdən sayılır. QHT-lər, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək qlobal təcrübəni ölkəyə gətirir və yerli şəraitə uyğunlaşdırırlar.

Media da bu prosesdə mühüm rol oynayır. Televiziya proqramları, sənədli filmlər, xəbər reportajları və sosial media kampaniyaları vasitəsilə mina təhlükəsinin real nəticələri geniş auditoriyaya çatdırılır”, – deyə media eksperti vurğulayıb.

Müşfiq Ələsgərli Azərbaycanın bu sahədə topladığı təcrübənin beynəlxalq səviyyədə də maraq doğurduğunu deyib: “Yerli qurumların hazırladığı maarifləndirmə materialları və metodologiyalar bir çox xarici təşkilatlar tərəfindən istinad kimi istifadə olunur. Bu isə ölkənin mina təhlükəsi ilə mübarizədə regional və qlobal səviyyədə nümunəvi təcrübə formalaşdırdığını göstərir”.

Əvvəlki Yazı

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqləndi

Növbəti Yazı

Azərbaycan Niderlanddan qızılgül idxalını 5 dəfədən çox artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.