May 12, 2026-8:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Əliməmməd Nuriyev: Nizami Kino Mərkəzinin divarlarının yazılması vandalizmdir

2026:04:03 - 17:17
in SİYASƏT
A A
Nizami Kino Mərkəzinin divarlarının bir qrup gənc tərəfindən çirkləndirilməsini vandalizm kimi qiymətləndirmək olar.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, tarix və mədəniyyət abidələrinə münasibətin bu formada ifadə olunması açıq şəkildə vandalizm aktıdır:

“Eyni zamanda bu, şəhərimizin gözəlliyinə qarşı bir təcavüzdür. Bakı şəhəri gündən-günə daha da gözəlləşir. Şəhərin gözəlləşdirilməsi bir tərəfdən memarların, arxitektorların, tikinti şirkətlərinin və dizaynerlərin işidirsə, digər tərəfdən onu qoruyub saxlamaq şəhər sakinlərinin məsuliyyətidir”.

Ə.Nuriyev bəyan edib ki, belə hallara qətiyyən yol verilməməlidir:

“Təəssüf ki, bəzi hallarda bu cür hadisələrin baş verməsi bizim laqeydliyimizdən qaynaqlanır. Çünki bəzən gözümüzün qarşısında baş verən hadisələrə qarşı münasibət bildirilmir, etiraz edilmir. Bu baxımdan məsələ artıq ümumi ictimai məsuliyyət xarakteri daşıyır”.

Hüquqşünasın fikrincə, bu şəxslərin gənclərin, xüsusilə də yeniyetmələrin bu cür hadisələrdə iştirak etməsi ailədaxili tərbiyə və təlim məsələlərində müəyyən problemlərin mövcud olduğunu da göstərir:

“Bununla yanaşı, məktəblərdə də bu məsələlərə diqqət yetirilməsi olduqca vacibdir. Düşünürəm ki, biz hər şeydən əvvəl öz tariximizi, milli-mədəni irsimizi təbliğ etməliyik. Bu iş ailədən başlamalı, uşaqlarımıza bu dəyərlərə hörmət ruhu aşılanmalıdır. Əgər biz uşaqlarımıza bu dəyərlərin əhəmiyyətini göstərə bilsək, şübhəsiz ki, gələcək nəsil də onları daha yüksək qiymətləndirəcək və qoruyacaq”.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Əvvəlki Yazı

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq

Növbəti Yazı

“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.