İran İsrail və ABŞ-a qarşı qisas əməliyyatının 93-cü mərhələsi çərçivəsində Hayfa, Kəfr Kana və Krayot şəhərlərindəki İsrail hərbi hədəflərinə hücum edib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) mətbuat xidməti məlumat verib.
İran dövlət televiziyası bəyanatdan sitat gətirib: “Əsl Vəd 4 Əməliyyatının 93-cü dalğası işğal olunmuş ərazilərin şimalında və mərkəzindəki hədəflərə qarşı həyata keçirildi. Qərbi Qalileya, Hayfa, Kəfr Kana və Krayotdakı sionist mərkəzləri və onların döyüş dəstəyi vuruldu”.
