İyul 2, 2025-2:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Respublika Gənclər Kitabxanasında kino korifeylərinin xatirəsi anılıb

2023:11:22 - 12:36
in GÜNDƏM
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artisti, görkəmli rejissor Rasim Ocaqovun 90 və Xalq artisti, sevilən aktyor Həsən Məmmədovun 85 illik yubileyi münasibətilə “Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi və virtual kitab sərgiləri hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan virtual sərgilərdə Xalq artistlərinin Azərbaycan kino sənətinə qızıl sətirlərlə yazılan yaradıcılıq fəaliyyətləri haqqında məlumat verilir.

Xalq artisti, görkəmli rejissor Rasim Ocaqova həsr edilən virtual kitab sərgisində onun yaratdığı ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr verməsi, Azərbaycan kinosunu yeni zirvələrə ucaltması, çəkdiyi həqiqi sənət nümunələrinin Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olması haqqında məlumatlar təqdim edilir.

Virtual kitab sərgisində Xalq yazıçısı Anarın, Xalq artistləri Rasim Balayev və Fəxrəddin Manafovun, sevilən bəstəkar Emin Sabitoğlunun görkəmli kinorejissor haqqında xatirələri, birgə fotogörüntüləri, Rasim Ocaqovun lentə aldığı filmlərdən fraqmentlər də yer alır. Virtual kitab sərgisində “Azərbaycan kinosu”, “Azərbaycan kino salnaməsi”, “Azərbaycan kinosu və müharibə”, “Kinoşünaslıq” kimi 10-dan çox kitabın biblioqrafik təsviri verilir.

Xalq artisti, yüzə qədər filmdə yaddaqalan obrazlar yaradan Həsən Məmmədova həsr edilən virtual kitab sərgisində aktyorun həyat və yaradıcılıq rolu, ekranda canlandırdığı filmlər, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat verilir. Virtual kitab sərgisində aktyorun çəkildiyi “Dədə Qorqud”, “Bir cənub şəhərində”, “Böyük dayaq” və digər filmlərdən fraqmentlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Azərbaycan kino sənətindən, görkəmli teatr və kino sənəti nümayəndələrinin həyat və yaradıcılığından bəhs edən “Azərbaycan kinomatoqrafçıları”, “Onların dünəni”, “Azərbaycan Dövlət Milli Dram Teatrı” kimi kitabların biblioqrafik təsviri yer alır.

“Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən 20-dən çox kitab sərgilənməkdədir.

Xalq artistləri Rasim Ocaqovun 90 və Həsən Məmmədovun 85 illik yubileyləri münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrdə yerləşdirilib.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib – YENİLƏNİB

Növbəti Yazı

Azərbaycanın təşəbbüsü ilə yaradılan Qadınlar Platforması Qoşulmama Hərəkatının nüfuzunu daha da artıracaq – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.