ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastrukturu obyektlərini məhv etmək məqsədi ilə genişmiqyaslı birgə hücumlar planını yekunlaşdırıblar. Bu barədə Amerikanın “Axios” xəbər agentliyi mənbələrə istinadən məlumat verib.
Portalın həmsöhbətlərinin əlavə etdiyi kimi, hazırlanmış hərbi planın həyata keçirilməsi Vaşinqtonun İranla danışıqlar zamanı ilkin razılığa gəlmək üçün müəyyən etdiyi son tarixlərin bitməsinə qədər təxirə salınır.
ABŞ prezidenti Donald Tramp 5 apreldə Axios-a verdiyi müsahibədə İranla 7 aprelə qədər müqavilə bağlamaq ehtimalının yüksək olduğunu bildirib. Daha əvvəl “Truth Social” verilişində o, İranın 6 aprelə qədər Hörmüz boğazını açmaması halında enerji və mülki infrastruktur sahələrinə zərbə endirəcəyi ilə hədələmişdi. Bundan əlavə, Axios-un qeyd etdiyi kimi, Amerika lideri İranla potensial müqavilə bağlamaq üçün son tarixi 24 saat – 7 aprel Şərq vaxtı ilə saat 20:00-a qədər (8 aprel Bakı vaxtı ilə saat 04:00) uzadıb.
